CƏMİYYƏT


Laçınlılar doğma yurdlarına qayıtmağa hazırlaşırlar

“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Ötən gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin verdiyi bu xoş xəbər hər bir azərbaycanlı, o cümlədən laçınlılar tərəfindən böyük sevinclə qarşılandı.