Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

28.08.2022 [11:59]

Xəbərin mətni

Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb, çox sayda yaralı var.
AZƏRTAC xəbər verir ki, hadisə Kütahya-Bursa yolunda baş verib. Dərəyə aşan avtobusun içində 47 turist olub. Onlardan ikisi ölüb, 28 nəfər yaralanıb.