DÜNYA


Pakistanda daha 119 nəfər daşqınların qurbanı olub

Pakistanda son sutkada daha 119 nəfər daşqınların qurbanı olub.
Bu barədə Pakistan Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb. Daşqın nəticəsində təkcə son sutkada 119 nəfər ölüb, 71 nəfər xəsarət alıb. Bundan əvvəl iyunun ortalarından indiyə qədər sel və daşqınların ölkədə 937 nəfərin ölümünə səbəb olduğu açıqlanmışdı.