Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astara sakinin evindən 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

29.08.2022 [11:03]

Xəbərin mətni

“Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyev saxlanılıb.