Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramana qəsəbəsində narkotik maddələrin satışını həyata keçirən 9 nəfər saxlanılıb

29.08.2022 [13:34]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında ötən gün Ramana qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin Ramana qəsəbəsində satışını təşkil ediblər.