CƏMİYYƏT


Sus kənd sakini: Hamının tezliklə öz doğma ocağına qayıtmasını arzu edirəm

Prezident İlham Əliyevin Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın tam nəzarətə keçməsini elan etməsi bu yerlərdən olan sakinlərin hədsiz sevincinə səbəb olub. Doğma yurda qayıdışın sevincini hər kəs fərqli formada ifadə edir.
AZƏRTAC bu dəfə əslən Laçın rayonunun Sus kəndindən olan, lakin Birinci Qarabağ müharibəsi zamanı doğma yurdundan didərgin düşərək Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşan Hüseynovlar ailəsinin qonağı olub.