Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

29.08.2022 [14:45]

Xəbərin mətni

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) zəruri və təxirəsalınmaz tədbirləri davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və arabir əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.