Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da silahlı şəxs supermarketə hücum edib

29.08.2022 [17:48]

Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında silahlı şəxs supermarketə daxil olaraq insanlara atəş açıb. Hücum nəticəsində üç nəfər və silahlı şəxsin özü də həyatını itirib. Hadisə nəticəsində xəsarət alan digər şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.