CƏMİYYƏT


Ağstafada festival keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Ağstafa “Gənclər Evi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “PIK Gənclik Festivalı” təşkil olunub.AZƏRTAC xəbər verir ki, festivalın açılışında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Gənclər Evinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı yeniyetmə və gənclər qatılıblar.