CƏMİYYƏT


Zahid Oruc: İnsanların itkin düşmüş yaxınlarının taleyini, başına gətirilənləri bilməyə haqqı var

Müharibələrin böyük itkilərinə baxmayaraq, onların aparılmasının beynəlxalq hüquqi normaları var. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri, 21-ci əsrin savaşlarında dünyada yeganə qələbə modelini, həm də hərbi əməliyyatların aparılmasının humanitar hüquq, yüksək siyasi əxlaq, hərbi şərəf və ləyaqət prinsiplərini nümayiş etdirdi. Təcavüzkar ölkənin mülki əhalisinə və silahlı qüvvələrinə münasibətdə bütün konvensiyalara əməl olundu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc söyləyib.