CƏMİYYƏT


Nazir müşaviri: “ADEX” sərgisi Azərbaycanın hərbi-sənaye kompleksinin gücünün nümayişi olacaq

Sentyabrın 6-dan 8-dək Bakıda təşkil olunacaq 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi Azərbaycanın hərbi-sənaye kompleksinin gücünün və qüdrətinin nümayişi olacaq. “ADEX” sərgisi müzəffər Ordumuzun Vətən müharibəsindəki qələbəsində müstəsna rol oynamış müasir silahlarımızın əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu avqustun 30-da sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.