DÜNYA


Rusiyada dəhşətli yol qəzası

Rusiyanın Yaroslavl vilayətində benzin daşıyan maşın, təcili yardım maşını və minik avtomobili toqquşub. Hadisə nəticəsində təcili yardım maşınında olan hər üç həkim dünyasını dəyişib. Güclü toqquşmadan yanacaq maşınının çənindəki benzin ətrafa dağılıb və yanğın baş verib. Şiddətli yanğın iki fərdi yaşayış evinə də keçib. Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.