CƏMİYYƏT


Baş Prokurorluq #maariflənək həştəqi altında növbəti videoçarxını təqdim edib

Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, #maariflənək həştəqi altında hazırlanmış videoda “Prokuror təsir aktı olan xəbərdarlıq elan edilib” kimi cümlələrlə bağlı izah verilib.