CƏMİYYƏT


Xarici KİV nümayəndələri Füzulidə erməni barbarlığının şahidi olublar

Avqustun 30-da BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaraxanbəyli kəndi ərazisində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.