CƏMİYYƏT


İsmayıllıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

Ötən gün İsmayıllı rayonunda baş verən yanğın axşam saatlarında söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Şəbiyan kəndinə yaxın ərazidə baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinı “112 qaynar xətt” mərkəzinə məlumat verilib və əraziyə tezliklə rayon yanğından mühafizə hissəsinin 3 maşını və 30 nəfər canlı qüvvəsi gəlib. Onların səyi nəticəsində yanğın söndürülüb və meşəlik ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 5 hektar kol-kos və örüş sahəsi yanıb.