CƏMİYYƏT


Siyəzəndə şəhid pilot Feyruz Cəlilovun xatirəsi anılıb

Avqustun 31-də Siyəzəndə Birinci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından olan Feyruz Cəlilovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman pilotun ailə üzvlərinin, şəhid analarının və kənd sakinlərinin iştirak etdiyi anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Məşrif kəndində təşkil edilib.