Gəncədə yaşayış binasında yanğın baş verib, 20 nəfər təxliyə olunub
31.08.2022 [18:39]
Xəbərin mətni
Gəncə şəhəri Əziz Nəzərov küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib, 20 nəfər təxliyə olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub.Yanğın söndürülüb və digər binalara keçməsinin qarşısı alınıb.