Qazi İlqar Əliyev: Sağ olsun dövlətimiz, mənə hər cür dəstək olur
01.09.2022 [10:56]
Xəbərin mətni
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Onlardan biri də Vətən müharibəsi qazisi İlqar Əliyevdir. O, Lənkəranda 3 otaqlı mənzillə təmin olunub.