SİYASƏT


İrpendə hərbi əməliyyatlar zamanı zərər görmüş akademik Zərifə Əliyeva adına məktəb təmir edilərək məktəblilərin ixtiyarına verilib

Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən 12 nömrəli orta məktəbin əsaslı təmiri başa çatdırılaraq sentyabrın 1-i məktəblilərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Ukraynada yeni təhsil ilinin başlaması münasibətilə məktəblilər yenidən bərpa olunan Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır