Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Səngərdən səhnəyə musiqi” layihəsində uğurla iştirak edən Azərbaycan Ordusunun nümayəndələri Vətənə qayıdıblar

02.09.2022 [18:33]

Xəbərin mətni

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə qardaş ölkədə Böyük Taarruzun (Avqust Zəfərinin) 100-cü ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə keçirilən “Səngərdən səhnəyə musiqi” (“Siperden Sahneye Müzik”) layihəsində uğurla çıxış edən Azərbaycan Ordusunun nümayəndə heyəti Vətənə qayıdıb.