CƏMİYYƏT


FHN Şabran rayonundakı meşə yanğınının səbəbini müəyyən edib

Avqustun 30-da Şabran rayonunun Çuxurəzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğın söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyənləşdirilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır