Bursada fabrikdə yanğın baş verib
03.09.2022 [16:29]
Türkiyənin Bursa şəhərində qəlib fabrikində yanğın baş verib. Alovların fabriki qısa müddətdə bürüdüyünü görənlər vəziyyəti xilasetmə və polis qruplarına xəbər verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saata yaxın mübarizədən sonra yanğını nəzarətə götürüb.