SİYASƏT


Məşhur fotojurnalist Reza Deqati instaqram hesabında ermənilərin Laçında törətdikləri vəhşilikləri əks etdirən video paylaşıb

Məşhur fotojurnalist Reza Deqati Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində olub.
AZƏRTAC xəbər verir ki, Reza Deqati Laçında apardığı çəkilişlər barədə özünün instaqrram hesabında video paylaşıb.
O, burada ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.