CƏMİYYƏT


FHN: Ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğının yayılmasının qarşısı alınıb, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri görülür.