Əfqanıstanda baş vermiş partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı həlak olub
05.09.2022 [15:14]
Xəbərin mətni
Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında törədilmiş partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Hadisə sentyabrın 5-də səhər saatlarında diplomatik nümayəndəliyin əməkdaşları viza almaq üçün konsulluq şöbəsinin qarşısına toplaşmış insanlara yaxınlaşarkən baş verib.