DÜNYA


Çindəki zəlzələdə ölənlərin sayı 30-a çatıb

Çinin Siçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 30-a çatıb.
AZƏRTAC xəbər verir ki, Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Ətraf ərazilərdən bölgəyə texnika və xilasedicilər cəlb olunub.