Florida-Kis arxipelaqında katerin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb
06.09.2022 [12:05]
Xəbərin mətni
Mayami-Deyd (ABŞ) yanğın-xilasetmə xidmətinin məlumatına görə, bazar günü Yuxarı Florida-Kisdə qayığın dirəyə çırpılması nəticəsində bir yeniyetmə ölüb, təxminən 12 nəfər xəsarət alıb.
AZƏRTAC xilasetmə xidmətinin bəyanatına istinadla xəbər verir ki, içərisində 14 nəfər, o cümlədən 12 həddi-büluğa çatmayan şəxs olan 28 fut uzunluğunda kater Floridanın şimalında yerləşən Boka-Çita adası yaxınlığında, Biskeyn milli parkının ərazisində kanalın markeri ilə toqquşaraq, aşıb. Zərərçəkənlərdən dördünü xəstəxanaya helikopterlə çatdırmalı olublar.