DÜNYA


Çində zəlzələ nəticəsində ölənlərin sayı 65-ə yüksəlib

Çinin Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 65-ə yüksəlib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında baş verən təbii fəlakət nəticəsində 170 nəfər bədən xəsarəti alıb, 12 nəfər itkin düşmüş hesab olunur. Onların axtarışlarına xeyli sayda canlı qüvvə, o cümlədən yüzlərlə xilasedici, yanğınsöndürən, polis əməkdaşı, tibb işçisi cəlb edilib.