Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə avtobus çox sayda avtomobillə toqquşdu

06.09.2022 [18:06]

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan avtomobillərlə toqquşub. Arxadan gələn nəqliyyat vasitələri də avtobusa çırpılıb və nəticədə 7 avtomobil zərər görüb. Qəza yerinə yanğınsöndürənlər və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb.