DÜNYA


Çində zəlzələ nəticəsində ölənlərin sayı 74-ə çatıb

Çinin cənub-qərbindəki Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 74-ə çatıb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 40-ı zəlzələnin baş verdiyi Qanzi Tibet muxtar prefekturasında, 34-ü isə qonşu Yaan şəhərinin Şimien rayonunda qeyd alınıb. Təbii fəlakət nəticəsində 259 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib.