DÜNYA


Türkiyədə filmin çəkiliş meydançasında yanğın baş verdi

Türkiyədə ssenari müəllifi və baş rol ifaçısı müğənni Aydın Aydın olan “Tırpankeş” filminin çəkiliş meydançasında yanğın baş verib. Filmdə canlandırılan yanğın səhnəsi həqiqi yanğına çevrilib. Hadisənin qarşısını almaq mümkün olmadıqda böyük panika yaşanıb. Yanğının qarşısı alına bilmədiyindən, hadisə yerinə yanğınsöndürmə qüvvəsi cəlb olunub. Mövzu ilə bağlı açıqlama verən Aydın Aydın ot tayası yandırıldığı zaman bölgədəki qurudulmuş otların nəzərə alınmadığını bildirib.