DÜNYA


“Titanik”in yeni görüntüləri nümayiş olundu

“OceanGate Expeditions” dəniz ekspedisiyasının üzvləri yüz ildən artıqdır batmış “Titanik” gəmisini yeni üsulla görüntülərini təqdim ediblər. Gəmi 8000 piksel təsvir ölçüsü ilə lentə alınıb ki, bu da tamaşaçıya qəzaya uğramış gəminin göyərtəsində bütün detalları görməyə imkan verir. Ekspedisiyanın tərkibinə sualtı dalğıc mütəxəssisləri, tədqiqatçı alimlər daxil olub. Həmçinin macəra həvəskarları da okeanın dibinə səyahət edib gəmini canlı izləyə bilərlər. Bunun üçün bilet 250 min dollar təşkil edir.