Çində zəlzələ bölgəsində axtarış işlərinə 10 min nəfər cəlb olunub
09.09.2022 [15:00]
Xəbərin mətni
Çinin cənub-qərbindəki Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 86-ya çatıb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 5-i zəlzələnin baş verdiyi Qanzi Tibet muxtar prefekturasında, 36-sı isə qonşu Yaan şəhərinin Şimien rayonunda qeyd alınıb.