Pakistanda daşqınlarda ötən sutka ərzində 36 nəfər ölüb
09.09.2022 [17:51]
Ümumilikdə, cari mövsümdə musson yağışları səbəbindən 1400-ə yaxın adam ölüb, təxminən 2 min nəfər xəsarət alıb. 33 milyondan çox sakin təbii fəlakətdən zərər görüb. Şiddətli yağışlar xüsusən Pəncab, Sind və Bəlucistan vilayətlərində dağıntı və tələfata səbəb olub.