DÜNYA


Papua-Yeni Qvineyada güclü zəlzələ olub, ölənlər və yaralananlar var

Papua-Yeni Qvineyanın şərqindəki Morobe əyalətində zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 3 nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, Associated Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.Məlumata görə, təbii fəlakət nəticəsində yaralananlar da var. Bir neçə tibb mərkəzi, binalar və yollar zədələnib. Digər təfərrüatlar barədə məlumat verilməyib.