SİYASƏT


Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Əl-Cəzirə” telekanalında Ermənistanın təxribatları barədə məlumat verib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Əl-Cəzirə” telekanalının canlı efirində Ermənistanın irimiqyaslı təxribatları barədə məlumat verib.AZƏRTAC xəbər verir ki, telekanalın jurnalistinin suallarını cavablandıran nazir müavini Ermənistan silahlı qüvvələrinin son bir neçə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutduğunu, sentyabrın 12-də gecə saatlarında isə irimiqyaslı təxribata əl atdığını, hərbçilərlə yanaşı, Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəf aldığını diqqətə çatdırıb.