DÜNYA


Şanxayda “Muyfa” qasırğasına görə 400 min nəfər təxliyə edilib

“Muyfa” qasırğası ilə əlaqədar Çinin işgüzar mərkəzi olan Şanxayda əhalinin sıx məskunlaşdığı Cinşan rayonundan təxminən 400 min nəfər təxliyə edilib.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 14-də axşam saatlarından başlayaraq səlahiyyətli qurumların əməkdaşları məhəllələrə, binalara baş çəkərək, əhalinin daha təhlükəsiz yerlərə təxliyəsini həyata keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır