SİYASƏT


Bakıda Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və sabahı mövzusunda simpozium keçirilib

Sentyabrın 15-də Bakıda Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Mədəniyyət Nazirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Köklü keçmiş, güclü gələcək – Türkiyə-Azərbaycan əlaqələrinin dünəni-sabahı” adlı simpozium keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin və Azərbaycanın tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.