CƏMİYYƏT


Göyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Elnur Nərbala oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib. Yaşadığı evdə təşkil olunan vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.