Çində telekommunikasiya binasında dəhşətli yanğın
16.09.2022 [16:51]
Xəbərin mətni
Çinin Çanşa şəhərində “China Telecom” telekommunikasiya şirkətinin binasında yanğın baş verib. Binadan qatı tüstü qalxdığından alov bütün mərtəbələrə yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürmə qüvvələri cəlb olunub. Uzun mübarizədən sonra yanğın söndürülüb.