DÜNYA


İzmirdə baş verən yanğının söndürülməsinə xüsusi təyyarələr cəlb olunub

Türkiyənin İzmir vilayətində yerləşən kosmetik vasitələrin istehsal olunduğu fabrikdə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə İzmirin Torbalı rayonunda meydana gəlib.
Kimyəvi maddələrin olduğu fabrikdə yanğının təsiri ilə partlayışlar da olub. Qısa müddətdə böyüyən yanğının söndürülməsinə xüsusi təyyarələr cəlb olunub.