İtaliyada sel fəlakəti nəticəsində 9 nəfər ölüb
17.09.2022 [17:51]
İtaliyanın Ankona şəhəri yaxınlığındakı yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.AZƏRTAC xəbər verir ki, bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb. Bildirilib ki, ikisi uşaq olmaqla dörd nəfər itkin düşüb.