DÜNYA


Türkiyənin Hatay vilayətində yük gəmisi batıb

Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.
AZƏRTAC xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.
Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.