CƏMİYYƏT


Laçında mərmi aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.