DÜNYA


Tayvanda baş verən zəlzələdə bir nəfər ölüb, 146 nəfər xəsarət alıb

Tayvan adasının şərqindəki Hualien rayonunda baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb, 146 nəfər müxtəlif bədən xəsarəti alıb.
AZƏRTAC xəbər verir ki, ölən şəxs zəlzələnin episentri olan Yuli qəsəbəsindəki sement zavodunun fəhləsi olub. Xəsarət alanların hamısı Yuli sakinləridirlər. Yeraltı təkan nəticəsində tikililərə ziyan dəyib, su, elektrik və rabitə xətləri qırılıb. Nəticədə 7 mindən çox evin su və elektrik təchizatında fasilə yaranıb. Qəsəbədəki üçmərtəbəli bina isə çöküb. Xilasedicilər dağıntı altında qalan 4 nəfəri, o cümlədən beşyaşlı qızı xilas ediblər.