SİYASƏT


İğdırda keçirilən aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları kəskin pislənilib

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qardaş Türkiyədə etirazlar davam edir.AZƏRTAC xəbər verir ki, daha bir etiraz aksiyası İğdır şəhərində keçirilib.Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.