CƏMİYYƏT
Bakı Şəhər İcra Hakimiyyətinin təmizlik və abadlıqla bağlı uğurlu layihəsi davam edir
Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə başlanılan paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi üzrə layihə uğurla davam edir. Əvvəl Nərimanov, sonradan Nizami, Nəsimi və Yasamal rayonlarında uğurla həyata keçirilən bu layihəyə sentyabrın 20-dən Səbail rayonu da qoşulacaqdır.Layihənin tələblərinə uyğun olaraq ilk növbədə Səbail rayonu ərazisində 277 ədəd konteyner meydançası yaradılaraq bura yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.