DÜNYA


“SpaceX” kompaniyası internet peyklərin yeni qrupunu orbitə çıxarıb

Bazar ertəsi günü “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin yeni qrupunu orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kompaniya yerətrafı orbitə daha 54 mini-peykin çıxarıldığını təsdiqləyib. Daşıyıcı raket bazar günü yerli vaxtla saat 20:18-də (Bakı vaxtı ilə bazar ertəsi günü 04:18) Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 61-ci qrupudur və onların ümumi sayı 3,3 mini ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır