CƏMİYYƏT


Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunda, Göyçayın Xəlitli kəndi ərazisində qeydə alınıb. "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.Fakta bağlı araşdırma aparılır.