DÜNYA


“Fiona” qasırğası üçüncü kateqoriyayadək güclənib

“Fiona” tropik siklonu Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər güclənib.AZƏRTAC FOX telekanalına istinadla xəbər verir ki, qasırğanın daxilində küləyin sürəti saniyədə 51 metrə çatır. “Fiona” hazırda Karib dənizində Britaniyaya məxsus Grand Turk adasından 70 kilometr cənub-şərqdə yerləşir və saatda 17 kilometr sürətlə şimal-qərbə doğru hərəkət edir.